BURADA REKLAMINIZ OLA
BİLƏR

Müharibə iştirakçısı avtobus sürücüsünü niyə döyüb?

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən E.Əlişzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 


Qərara əsasən, apellyasiya şikayəti təmin edilib. Nizami Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası 1 000 manat cərimə cəzası ilə əvəz olunub.

 

İttihama görə, hadisə 18 aprel 2024-cü il tarixdə, saat 09:00 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 25/19ünvanının yaxınlığında sərnişin avtobuslarının birində qeydə alınıb.

 

Belə ki, E.Əlişzadə avtobusda sərnişin qismində olarkən həmin nəqliyyat vasitəsinin sürücüsü, zərərçəkmiş İ.Hüseynov ondan 40 qəpik gediş haqqı istəyib. Təqsirləndirilən şəxs də bunu bəhanə edərək, sürücünü nalayiq ifadələrlə təhqir edib. Sonra o, İ.Hüseynova qarşı zor tətbiq edib sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra E.Əlişzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Qeyd: E.Əlişzadə II Qarabağ müharibəsi iştirakçısı olub. O, hazırda Bakıda qurumların birində mühafizəçi vəzifəsində işləyir. 

 

Kamal Məmmədov

Tarix: 16 İyul 2024, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin