BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuraraq öldürən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən E.Hüseynovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Suraxanı Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması barədə qərar çıxarılıb.

 

İttihama görə, hadisə 14 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Buta Palace” şadlıq sarayının qarşısında qeydə alınıb.

 

Belə ki, E.Hüseynovun etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olan zaman “Toyota Prius” markalı maşınına yanacaq doldurmaq istəyən piyada, zərərçəkmiş Ə.Teymurovu vuraraq öldürüb.

 

Hadisədən sonra E.Hüseynov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: E.Hüseynov Birinci Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin üzvüdür. 

 

Kamal Məmmədov

Tarix: 16 İyul 2024, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin