BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını gözəllik salonunda öldürən şəxs apellyasiya şikayəti verdi

Bakıda keçmiş həyat yoldaşını işlədiyi gözəllik salonunda qətlə yetirməkdə təqsirləndirilən Tərtər rayon sakini, 1982-ci il təvəllüdlü Zamiq Tanrıverdiyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlının sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 18-nə təyin edilib.

 

Qeyd: Z.Tanrıverdiyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bildirilib ki, Z.Tanrıverdiyev 2004-cü ildə 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmova ilə evlənib. Onların iki qızı doğulub. Lakin cütlük 2022-ci ildə rəsmi qaydada boşanıb. Həmin ərəfədəki mübahisələrdən biri zamanı Zamiq qayınatasını bıçaqlayıb. Lakin Pərvanənin atası "sabah üz-üzə gələcəyik" deyərək Zamiqdən şikayətçi olmayıb. Həmin vaxt Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinən şəxs həbs edilməyib və şərti cəza alıb. Bu hadisədən 1 il sonra, yəni 2023-cü ilin oktyabrında Zamiq Pərvanənin Xətai rayonunda işlədiyi gözəllik salonuna daxil olaraq oradakı digər işçinin gözü qarşısında ona çoxsaylı bıçaq zərbələri endirərək öldürüb. O, keçmiş arvadı ilə heç bir danışıq aparmadan, qəfil salona daxil olaraq qadını qətlə yetirib. Z.Tanrıverdiyev hadisəni qısqanclıq zəminində törətdiyini bildirib və polisə könüllü təslim olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Zamiq Tanrıverdiyevə 18 il həbs cəzası verilib.

 

Kamal Məmmədov

Tarix: 16 İyul 2024, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin