BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulan portalın işləməməsi ilə bağlı rəsmi cavab: "Elektron sistemdir, edə biləcəyimiz bir şey yoxdur"

Bu gün saat 11:00-da başlayan respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının Azərbaycan dili bölməsi üçün məktəb və müəllim seçimi başlayıb. Validenynlər isə sosial şəbəkələrdə https://mektebeqebul.edu.az/ portalında bir neçə saatdır, ləngimələrin olduğunu, seçim edə bilmədiklərini deyirlər. 

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Zenfira Sevdimalı Pravda.az-a açıqlamasında valideynlərin müraciətinə belə cavab verib: “Məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün dövlət ümumtəhsil müəssisələrinin içində nəzərdə tutulan hazırlıq qruplarıdır. Bu gün saat 11:00-da məktəb və müəllim seçimi aktivləşib. Məktəbəqədər hazırlıq üçün qeydiyyat isə saat 15:00-da başlayacaq. Valideynlər sistemləri qarışdırırlar. Ola bilər, məktəbəhazırlıqla bağlı sistem donub, ya da yüklənmə var. Çünki məktəbəqədər də məktəbəhazırlığa müraciət edir, yaxud əksinə. Sistem hazırda işləyir. Saat 17:00-da “Feysbuk” üzərindən canlı yayım edəcəyik. Vətəndaşlar müraciət edib, suallarını verə bilərlər. Elektron sistemdir, bizim edə biləcəyimiz bir şey yoxdur. İnternetə görə də donma ola bilər. Faktiki olaraq saat 11:00-da Azərbaycan bölməsi üçün məktəbəhazırlıq qruplarına məktəb və müəllim seçimi başlayıb”. 

 

Aytəkin Qardaşova 

Tarix: 16 İyul 2024, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin