BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanışını söyüşə görə bıçaqlayan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda tanışına xəsarət yetirməkdə təqsirləndirilən Röyal Şahmuradovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 
İttihama görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

 
Belə ki, Röyal Şahmuradov sərxoş vəziyyətdə olan tanışı Elşən Quliyevə bıçaqla xəsarət yetirib. Hadisəyə səbəb isə zərərçəkmişin ona söyüş söyməsi olub.

 
Röyal Şahmuradovun atası mətbuata açıqlamasında isə oğlunun günahsız oldğunu, zərərçəkmişin özünün özünə xəsarət yetirdiyini iddia edirdi.

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2024, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin