BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: "Bu dəfə məsləhət olmayıb"

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib. 125 namizəd sırasına adı daxil edilməyən  deputatlardan biri də 90 saylı Ağdaş seçki dairəsinin deputatı Cavid Osmanovdur. 

 

O, Pravda.az-a açıqlamasında namizdəliyinin irəli sürülməməsi barədə bunları deyib: 

 

“Allah cənab Prezidentin canını sağ eləsin, iki dəfə etimad göstərib. Bu dəfə məsləhət deyil. İstənilən halda Partiyamızın qərarını canla-başla icra edirik. Bundan sonra da möhtərəm cənab Prezidentimizə və Yeni Azərbaycan Partiyasına sədaqətlə xidmət edəcəyəm”. 

 

Aytəkin Qardaşova 

Tarix: 17 İyul 2024, 14:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin