BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Qalib deputat oğlunun adının siyahıya salınmamasından danışdı: "YAP nə deyibsə, odur, qurtardı-getdi..."

2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP tərəfindən namizədliyi irəli sürülməyən deputatlardan biri də Əliabbas Salahzadədir. 

 

Pravda.az bu barədə Ə.Salahzadənin atası, sabiq deputat Qalib Salahzadənin münasibətini öyrənməyə çalışıb. 

 

O, oğlunun adının 125 namizədin sırasına daxil edilməməsinə belə reaksiya verib: “Əliabbas şəhərdə yaşayır, mən kənddə. Nəsə deyə bilmərəm. Yəqin, Partiya belə məsləhət bilib, vəssalam də. Burda nə var bəyəm? Hələ bayaq xəbər tutdu. Özü nə düşünəcək? Partiya nə deyibsə, odur, qurtardı-getdi...” 

 

Aytəkin Qardaşova 

Tarix: 17 İyul 2024, 14:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin