BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevlaxda yeniyetmə evdən küsüb gedən arvadının dayısını bıçaqladı - MƏHKƏMƏ

Yevlaxda qohumunu bıçaqlamaqda təqsirləndirilən B.Qarayevin cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


İttihama görə, hadisə 07 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Yevlax şəhəri ərazisində qeydə alınıb.


Belə ki, olaydan əvvəl 2007-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmayan B.Qarayevin arvadı ondan küsərək anasına evinə gedib. Təqsirləndirilən şəxs də həyat yoldaşını yaşadığı evə gətirmək üçün qaynanasının evinə yollanıb. Bu zaman o, qaynanası ilə mübahisə edib. Hadisə yerinə isə arvadının dayısı, zərərçəkmiş Nurlan Sülеymanov gəlib. Mübahisə zamanı zərərçəkmiş onu təpiklə vurub. Sonra B.Qarayev bıçaqla onun bədən nahiyəsinə bir dəfə qəsdən vuraraq xəsarət yetirib.


Hadisədən sonra B.Qarayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində еv dustaqlığı qətimkan tədbiri seçilib. 

Kamal Məmmədov 

Tarix: 18 İyul 2024, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin