BURADA REKLAMINIZ OLA
BİLƏR

Eynulla Fətullayev: Yazırdılar ki, əşşşiii... boş şeydir... uydurmadır!

“İki ay ərzində xalqımı qəflət yuxusundan oyatmağa çalışırdım. Koronavirus bəlasının hansı nəticələr törədəcəyinə eyham vururdum... Yazırdılar ki, əşşşiii... boş şeydir... uydurmadır! Milləti panikaya salma! Budur, indi gəldi, yaman gəldi...”

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev deyib.

 

“Korona gəlsə də, təəssüf ki, xalqım yenə də oyanmır ki oyanmır. Dünyada öz səhhətinə bu cür etinasız yanaşan yalnız bir millət var - ruslar. Çox bənzəyirik bir-birimizə... Seyr edirəm, heç kim maska taxmır. Məncə, bu fenomenal kamikadzelik ayrıca sosioloji və psixoloji tədqiqat predmeti olmalıdır” – E.Fətullayev qeyd edib.

Tarix: 4 İyun 2020, 07:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin