BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını qətlə yetirən şəxs yenidən məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Səhrab Məlikzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 
Məhkəmənin növbəti iclası iyulun 24-nə təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin sentyabrında paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

 

Belə ki, 1999-cu il təvəllüdlü Səhrab Məlikzadənin aralarında yaranan mübahisə zamanı 1997-ci il təvəllüdlü Tahir Miriyevin bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 18 İyul 2024, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin