BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərxoş mühafizəçi satıcı qıza qalıq pul vermək üstündə müştərini döydü - MƏHKƏMƏ

Şirvan Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zamiq Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

 

Məhkəmənin hökmü ilə qazancının 10 faizi dövlət nəfinə tutulmaqla o, 5 ay 26 gün müddətinə islah işləri cəzasına məhkum olunub.

 

İttihama görə, hadisə 09 dekabr 2023-cü il tarixdə, saat 18 radələrində Şirvan şəhəri 1 May küçəsində yerləşən “Sizin Market” adlı ərzaq mağazasının qarşısında qeydə alınıb.

 

Belə ki, Zamiq Əsədov dostları ilə birlikdə toydan sərxoş vəziyyətdə çıxıb. Dostlarından biri pivə almaq üçün mağazaya daxil olub, oradan çıxandan sonra isə pulun qalıq hissəsini satıcı qıza “hədiyyə verirəm” deyərək bağışlayıb. Satıcı qız da buna narazılıq bildirib. Həmin vaxt mağazada müştəri qismində olan zərərçəkmiş Nahid Hacıyev (şərti) onlara yaxınlaşaraq qıza niyə belə hərəkət etdiyini söyləyib. Bu zaman onların arasında mübahisə yaranıb. Daha sonra Zamiq Nahidin baş nahiyəsinə yumruqla vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Zamiq Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

İstintaq dövründə onlar barışıb.

 

Qeyd: Zamiq Əsədov tanınmış şirkətlərdən birində mühafizəçi vəzifəsində işləyir. 

 

Kamal Məmmədov

Tarix: 18 İyul 2024, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin