BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” azarkeşləri Şahruddini belə qarşıladı: “Yenə gəldi vərəm etməyə”, “Arifin evi yıxıldı...”

Xəbər verdiyimiz kimi, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilən Şahruddin Məhəmmədəliyev "Qarabağ"la yenidən müqavilə imzalayıb. Onun gəlişi sosial şəbəkələrdə azarkeşlər tərəfindən səs-küylə qarşılanıb, qolkiper yenidən tənqid atəşinə tuş gəlib. 

 

Pravda.az xəbər verir ki, Məhəmmədəliyev barədə qərar "Qarabağ" klubunu da azarkeşlərin hədəfinə qoyub. 

 

Sosial şəbəkələrdə yazılan şərhlərin bir qismini təqdim edirik: 

 

“Heç yer qəbul etmədi, yenə “Qarabağ”ı vərəm etməyə gəldi”, “Güclənən ancaq ürək ağrılarımızdır”, “Avro Liqalarda “Qarabağ” bu transferə görə mərhələ keçə bilməz”, “Gəzdin dağları, bağı, Cənnət gördün “Qarabağı””, “Bütün azarkeşlərə bol səbir və ürək dərmanı arzu edirik”, “Qəlbidaş qayıtdı”, ““Qarabağ” bu il bir az irəli getmişdi, artıq ümid qalmadı”, “Dəlilik eyni şeyi təkrar edib, fərqli nəticələr gözləməkdir...”, “Ürəyi zəif olanlar bu il “Qarabağ”ın oyununa baxmasın”, ““Qarabağ” adına biabırçı transfer”, “Adrenalinə hazır olun...” 

 

Bəziləri isə “Ögey ana” filmindən məşhur epizodu xatırlayaraq Şahruddinin gəlişinə “Arifin evi yıxıldı!” şərhini veriblər... 

 

Aytəkin Qardaşova 

Tarix: 18 İyul 2024, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin