BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sirab Satış və Dağıtım”a yazılan protokola baxılacaq tarix açıqlandı

"Sirab Satış və Dağıtım” MMC-yə yazılan protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Cəlilabad Rayon Məhkəməsinin hakimi Vüsal Cəbrayılovun sədrliyi ilə iyulun 30-da baxılacaq.


Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 19 İyul 2024, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin