BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobil parklanması ilə bağlı nağd ödəniş tələbi qanunsuzdur - Nazir müavini

Avtomobil parklanması ilə bağlı nağd ödənişin tələb edilməsi tamamilə qanunsuzdur.

 

Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən brifinqdə deyib.

 

O qeyd edib ki, əgər kimsə vətəndaşdan nağd ödəniş tələb edirsə, vətəndaş bundan tam əminliklə imtina edə bilər.

 

“Ödəniş ancaq tətbiq üzərindən həyata keçirilir”, - deyə o əlavə edib./Trend

Tarix: 19 İyul 2024, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin