BURADA REKLAMINIZ OLA
BİLƏR

Sosioloq zoopark biletlərinin bahalaşmasından danışdı: “Daha bu qədər də yox..”

“Zooparkda biletlərin bahalaşmasına tənqidi baxıram. Benzinin bahalaşması hər sahəyə müəyyən qədər təsir etməlidir. Amma daha bu qədər də yox. Məsələn, yükdaşımaya çəkilən xərc və s. baxımından bahalıq ola bilər, sadəcə, yüksək səviyyədə deyil.  Əksinə, çalışmalıyıq, Bakı Zooloji Parkında elə rejim quraq, məktəblərlə əlaqə yaradaq ki, Bakı şəhərində olan uşaqların, aşağı sinif şagirdlərinin heyvanat aləmi barədə ətraflı təsəvvürləri olsun”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. 

 

“Özüm görmüşəm, bir uşaq buzova baxır, deyir ki, “ana, bu böyüklükdə it olar?” Çox yanlış təsəvvürdür. Sadəcə, qiymətlərin bahalaşması yox, zooparkdan düzgün istifadə etməyimiz barədə də düşünməliyik. Böyüməkdə olan yeni nəslin normal dünyagörüşünün formalaşması üçün çox işlər görmək lazımdır, təəssüf ki, biri də budur...”, - o bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 19 İyul 2024, 18:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin