BURADA REKLAMINIZ OLA
BİLƏR

"Land Cruiser Prado"nun yeni modeli bəyənilmədi: "Dizaynerin qanıqara vaxtına düşüb"

Azərbaycanda "Toyota Land Cruiser Prado"nun yeni modeli bəyənilməyib.

 

Pravda.az-ın xəbərinə görə, bunu sosial şəbəkənin Azərbaycan seqmetindən müşahidə etmək mümkündür.

 

İzləyicilərdən bəzilərinin şərhlərini təqdim edirik: "Bu model məhdud sayda olacaq. İstənilən halda çox bahadır", "Deyəsən, "Toyota" dizaynerlərinin maaşlarını kəsiblər", "Əsl "Prado"nu yekəqarın daydayların sürdükləri idi. Bu isə yolsuzluq avtomobilini xatırladır. Pis deyil, amma bu tip maşınları şəhərdən çıxarmaq lazımdır", Bütün markaların, o cümlədən "Toyota"nın "Defender"i yamsılması...", "Çox heyf "Prado"nu bu günə qoyublar. Maşında dizayn deyilən heç nə qalmayıb. Sadəcə, səhra və ov maşınıdır. Qiyməti də 150 mindir, heç 100 minə də dəymir", "Heyf "Prado"dan", "O qiymətə dəyməz", "Əsl bizim kəndin maşınıdır, əkinə-biçinə yarayar, ova gedəndə əladır", "Çinlilərdən oğurlayıblar - "Dargo-2"", "Heç bəyənmədim, "Prado" inkişaf etməlidir artıq", ""Prado" niyə bu qiymətə satılsın axı...", "Məhv ediblər "Prado"nu", "Çox zövqsüz alınıb", "Bu dəfə Yaponiya Çindən oğurladı dizaynı, "Prado" getdi işinə...", "Əvvəlki versiyanın görkəmi bundan qat-qat yaxşıdır", "Radiatorun "setka"sında toyuq-cücə saxlamaq olar", ""Mercedes"dən başqası yalandır", "Dizaynerin qanıqara vaxtına düşüb", "Bu qız evdə qalacaq".

 

Kamal

Tarix: 20 İyul 2024, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin