BURADA REKLAMINIZ OLA
BİLƏR

Leysan olub

İyulun 20-si saat 11:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

 

Düşən yağıntının miqdarı Sədərəkdə 2 mm, Naxçıvan, Şərur, Tovuz, Balakən, Gədəbəy, Şəmkir, Şamaxı, Daşkəsən, Şahdağ, Lerikdə 1 mm-dək olub.

 

Lerik, Şahdağ, Qrızda duman müşahidə olunub.

 

Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada arabir 17 m/s-dək güclənib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

Tarix: 20 İyul 2024, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin