BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtidar parlament seçkilərilə əlaqədar AXCP ilə danışıqlara gedib? - YAP-dan AÇIQLAMA

Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov hökumətin növbədənkənar parlament seçkiləri barədə AXCP ilə danışıqlara getməsi barədə iddialara münasibət bildirib.

 

O, Pravda.az-a açıqlamasında deyib ki, hakimiyyətin növbədənkənar parlament seçkiləri ilə bağlı kiminləsə danışığa getməsi barədə iddialar Azərbaycanda keçiriləcək seçkilərə bəri başdan kölgə salmağa çalışan mərkəzlərin məkrli fikriləridir.

 

"Bu heç də xoş niyyətlə ortaya atılmayıb. Məlumdur ki, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Həmişə olduğu kimi bu seçkilərin də tam demokratik, şəffaf şəraitdə keçəcəyinə, seçicilərin öz iradəsini ortaya qoyub, parlamenti formalaşdıracağına heç bir şəkk-şübhə yoxdur. Azərbaycanda keçirilən seçkilər beynəlxalq müşahidəçilər tərəfindən daim yüksək qiymətləndirilir. Seçkilərin nəticələrinə uyğun parlament rəhbərliyi, komitələri formalaşır. Yalnız bundan sonra necə olacağını demək mümkündür", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 20 İyul 2024, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin