BURADA REKLAMINIZ OLA
BİLƏR

Abdolbari Gozalın rəhbərlik etdiyi holdinqə daxil olan fabrikə yazılan protokola bu tarixdə baxılacaq - Gömrük qaydalarına əməl edilməyib

"Sun Tea Çay Fabriki" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbovanın sədrliyi ilə iyulun 25-də baxılacaq.

 

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: Fabrik tanınmış iş adamı Abdolbari Gozalın rəhbərlik etdiyi "Azərsun Holdinq"ə daxildir.

 

Xəyal Quliyev

Tarix: 23 İyul 2024, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin