BURADA REKLAMINIZ OLA
BİLƏR

Toydan çıxan gənc tanışlarının “söhbət”inə girişdi, əlini bıçağa atdı - CƏZA

Abşeronda qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Uğur Babaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 22 aprel 2023-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “Xəngəl” adlı kafenin qarşısında qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Uğur Babaşov restorandan toy məclisindən çıxarkən sözügedən kafenin qarşısında zərərçəkmiş Mayıl Əsədovun (şərti) onun tanışları ilə mübahisə etdiyini görüb. Bu zaman o, söhbətə qarışıb. Sonra zərərçəkmiş şəxs Uğurun sifət nahiyəsindən kəllə zərbəsi vurub. Daha sonra təqsirləndirilən şəxs Mayılın qarnına bir dəfə və sol böyrək nahiyəsinə bir dəfə bıçaq zərbəsi endirib.

 

Kamal Məmmədov

Tarix: 23 İyul 2024, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin