BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident Şamaxıda zəlzələdən sonra inşa edilmiş yaşayış binasında olub

Dekabrın 5-də Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

 

Pravda.az xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına görülən işlər barədə məlumat verib.

 

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb.

 

Dövlət başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib.

 

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Fotoları təqdim edirik
Tarix: 5 Dekabr 2019, 19:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin