BURADA REKLAMINIZ OLA
BİLƏR

İki nəfəri döyən ögey qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Habil Həsənov və onun ögey qardaşı Qabil Qafarovun (hər ikisinin ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib. 

 

İttihama görə, hadisə 04 mart 2023-cü il tarixdə Goranboy rayonunun Əhmədabad kəndində qeydə alınıb. Belə ki, Habil Həsənov və onun ögey qardaşı Qabil Qafarov həmkəndlilərinin toy məclisindən sərxoş vəziyyətdə geri qayıdarkən kəndarası torpaq yolla evlərinə doğru piyada hərəkət ediblər. Onlar zərərçəkmiş İmran Qafarzadənin (şərti) ucadan işlətdiyi sözə görə mübahisə ediblər. Bu zaman qardaşlar İmranı və onunla birlikdə olna digər zərərçəkmiş Məhərrəm Kərəmovu (şərti) döyüblər. Goranboy Rayon Məhkəməsinin hökmü ilə Habil Həsənov 1 il 9 ay və  Qabil Qafarov isə 2 il müddətinə azadlıqdan məhrum olunub.

 

Kamal Məmmədov

Tarix: 23 İyul 2024, 10:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin