BURADA REKLAMINIZ OLA
BİLƏR

Restoranda hesab üstündə tanışını bıçaqladı, 4 il cəza aldı

Masallıda adam bıçaqlamaqda təqsirləndirilən Rabil Nurullayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hacıyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 24-nə təyin edilib.

 

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 15 dekabr 2023-cü il tarixdə saat 00:18 radələrində Masallı rayonu, Qəriblər kəndində yerləşən "Turist" restoranının həyətində qeydə alınıb. Belə ki, Nurullayev Rabil Adil oğlu restoranda sifariş etdikləri yeməyin pulunun ödənilməsi ilə əlaqədar tanışı, həmkəndlisi Ağayev Asiman Arzuman oğlunu bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 23 İyul 2024, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin