BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmisini ov tüfəngi ilə öldürən şəxsdən xəbər var

Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən Elməddin Fətəliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, E.Fətullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət  əməlini törətməkdə təqsirli bilinib və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin oktyabrında Xətai rayonu,  NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin aralarında yaranmış mübahisə zamanı əmisi, 1971-ci il təvəllüdlü Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürüb. E.Fətullayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix: 23 İyul 2024, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin