Psixoloq Vüsalə Rüstəmin müsahibəsi:
- Karantin rejimi yumşaldılanda, məhdudiyyətlər aradan qaldırılanda insanlar koronavirus bəlasından xilas olduqlarını düşündülər. Qaydaların yenidən sərtləşdirilməsi, şənbə və bazar günləri küçəyə çıxmağın qadağan olunması cəmiyyətə necə təsir göstərəcək?
- Koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanda çox adam bu bəladan qurtulduğumuzu zənn etdi . Televizyalar, saytlar daim maarifləndirmə işləri apararaq, insanlarımızı daha diqqətli olmağa, virusun hələ də cəmiyyətə təhlükə yaratdığını söyləsələr də bir xeyri olmadı.Təəssüflə qeyd etməliyik kı, bütün təbəqədən olan insanlar öz sağlamlığına biganə yanaşaraq sosial məsafə saxlamadılar, maska və əlcəkdən istifadə etmədilər. Ölkə başçısı çıxışlarında dəfələrlə bu məsələylə bağlı öz iradını bildirdi. Burda ortaya maraqlı bir sual çıxır: insanlar niyə qayda-qanuna tabe olmamağı və anlamadığı sahənin - virusologiyanın mütəxəsisi kimi çıxış etməyi sevirlər? Cavab çox sadədir, psixoloji durumun normal olmaması və cahillik. Kobud səslənsə də bunun başqa adı yoxdur. Karantin qaydalarına əməl etməmək, özündən əlavə ətrafdakı insanların da sağlamlığını təhlükə qarşısında qoyan məsuliyyətsiz insanların sayəsində qaydalar yenidən sərtləşdiriləcək və sərtləşdirilməlidir də. Bir insanın gün boyu çox insanı yoluxdurduğunu nəzərə alsaq, təhlükənin hansı səviyyədə olduğunu dərk edərik.
- Sizcə, insanlar yeni qaydalara əməl edəcəklərmi? İki günlük “ev dustaqlığı” hansı fəsadlara səbəb ola bilər?
- Yeni qaydalara əməl edən yenə də az sayda insan olacaq. Virus gözə görünmədiyi üçün çox insan “gözüm görmürsə, qorxu da yoxdur” prinsipi ilə yaşayır. "Ev dustaqlığı"dediyimiz məsələ əslində sosial ünsiyyəti azaltmaq üçündür və belə vəziyyətdən qorxmaq lazım deyil. Normal insan bütün vəziyyətə qısa müddət ərzində adaptasiya olunur. Gündəlik çalışan və kirayədə yaşayan insanlarımıza isə yenə də dövlət və imkanlı şəxslərimiz kömək etməlidir. Biz xeyirxah və rəhmli xalqıq, yəqin ki, qonşumuzu belə ağır günlərdə ac qoymarıq.
- Etiraf edək ki, yeni qərarlar cəmiyyət üçün gözlənilməz oldu. Sizcə, insanları sərt karantin rejiminin qayıdacağına psixoloji cəhətdən hazırlamaq lazım deyildi?
- Qərarların gözlənilməz olması artan xəstə sayından asılı olur. Virus Çində qəfil ortaya çıxıb sürətlə yayılanda heç bir dövlət buna hazır deyildi. Səhiyyəsi zəif inkişaf etmiş ölkələr üçün daha çətin oldu. Qəfil ortaya çıxan və tam olaraq öyrənilməyən virusun törətdiyi fəsadı və artımı bilmədiyimiz üçün görüləcək tədbirləri öncədən planlaşdırmaq olmur. Yoluxma və sağalma, ölüm sayına görə qərarlar qəbul olunur.
- Karantin rejiminin yenidən sərtləşdiriləcəyi təqdirdə insanlar necə davranmalıdırlar? Bu dönəmdən daha az itki ilə çıxmaq üçün cəmiyyət nə etməlidir?
- Karantin rejimi yenidən sərtləşdiriləcəyi təqdirdə insanlar qaydalara tam əməl etməlidirlər. Hər kəs öz ailəsini və xəstəliyi qəbul etməyən dostunu və qohumunu məlumatlandırmalıdır. Əks halda faciəvi son qaçılmazdır. Gördüyünüz insanlar bir neçə ay sonra olmaya bilər. Bu zaman siz onların dəfnində belə iştirak edə bilməyəcəksiniz. Bir-birimizə qarşı bu qədər biganə olmayaq.Yenisabah
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin