BURADA REKLAMINIZ OLA
BİLƏR

"Gold Naftalan"a yazılan protokola baxılacaq tarix açıqlandı

"Gold Naftalan" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Naftalan Şəhər Məhkəməsinin hakimi Ayaz Səlimovun sədrliyi ilə avqustun 6-da baxılacaq.

 

Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətal Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 24 İyul 2024, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin