BURADA REKLAMINIZ OLA
BİLƏR

“A+CO” şirkətinə qarşı dələduzluq edən şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Zaur Quliyev “A+CO” ASC-nin satış təmsilçiləri ilə razılaşaraq onlardan şirkətə məxsus spirtli içkilərini alıb, satandan sonra pullarını verəcəyini yalandan vəd verib. O, həmin əmlakı ələ keçirmək məqsədi ilə 2022-ci ilin fevral-mart ayları ərzində Bakı və Abşeron rayonunda “A+CO” ASC-nin əməkdaşlarından spirtli içkiləri alıb. Sonra Zaur onları aldığı qiymətdən daha aşağı qiymətə sataraq şirkətə ümumilikdə 67 065 manat məbləğində olan külli miqdarda ziyan vurub.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 24 İyul 2024, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin