BURADA REKLAMINIZ OLA
BİLƏR

Söyüşə görə qətl törədən şəxs həbsxanada telefon işlədən zaman tutuldu - CƏZA

Bakı Apellyasiya Məhkəməsində cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların istifadə etməkdə təqsirləndirilən Pərvin Çərkəzovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Pərvin Çərkəzov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə istintaqa məlum olmayan vaxtda və mənbədən “Nokia” markalı mobil telefon aparatını əldə edərək özündə saxlayıb. Sonra o, həmin telefondan istifadə edib və 12 may 2023-cü il tarixdə, saat 09:30 radələrində müəssisənin əməkdaşları tərəfindən Pərvin Çərkəzov üzərində axtarış-baxış keçirilib. Bu zamanı onun əynindəki şalvarının arxa “Sim” danışıq kartı və 5 saylı dəstənin yataqxanasında isə təqsirləndirilən şəxsə məxsus paltar dolabındakı gödəkcənin iç cibindən həmin mobil telefon aşkar edilərək götürülüb. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə ona 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxsin Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il tarixli hökmü ilə məhkum olunduğu 16 il həbs cəzasının çəkilməmiş 11 il 2 ay 17 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib və Pərvin Çərkəzovun üzərində qəti olaraq 11 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Pərvin Çərkəzov 2019-cu il iyunun 24-də Bakının Binəqədi rayonunda qətl törədib. Belə ki, o, Abdullayev Kamran Azad oğlunun bud nahiyəsinə bir bıçaq xəsarəti yetirib.  Yaralı xəstəxanaya çatdırılanda qan itirdiyinə görə ölüb. Məlumata görə, qızla gəzən Kamran Abdullayev telefonda kiminləsə kobud danışan Pərviz Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib. O, Pərvizi əxlaqlı olmağa çağırıb. Çərkəzov isə iraddan sonra cibindən bıçağı çıxararaq Kamran Abdullayevə zərbə endirib. Məhkəmədə məlum olub ki, Çərkəzov daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə məhkumluq həyatı yaşayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Pərvin Çərkəzovun cəzasını 16 ilə qaldırıb. 

 

Kamal Məmmədov

Tarix: 24 İyul 2024, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin