BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc oğlan ona maşınla yol verməmək üstündə sürücünü döydü – QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən R.Cabbarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 04 aprel 2024-cü il tarixdə, saat 10:40 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü R.Cabbarov idarə etdiyi “İsuzu” markalı avtomobillə “Qaraxan” MTK yaşayış kompleksinin yanında hərəkət edərkən həmin yerdə onunla qarşı istiqamətdə hərəkət edən “Mersedes” markalı minik maşınının sürücüsü, zərərçəkmiş M.Nurəliyev ilə yol üstündə mübahisə edib. Bu zamanı təqsirləndirilən şəxs bir dəfə yumruqla zərərçəkmişin sol sifət nahiyəsindən qəsdən vuraraq ona xəsarət yetirib. Hadisədən sonra R.Cabbarov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 1 500 manat miqdarında cərimə cəzası təyin edilib. 

 

Kamal Məmmədov

Tarix: 24 İyul 2024, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin