BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi evinə daxil olan qonşusuna xəsarət yetirdi

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nahid Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

 
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

 
İttihama görə, hadisə 18 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, Nahid Həsənov evində olan zaman qonşuluqda yaşayan zərərçəkmiş Aqil Səmədov (şərti) onun həyətinə daxil olub. Qonşu ona küçədə, evinin qarşısında saxladığı “VAZ-2107” markalı avtomobilini hərəkətə maneə etdiyini, münasib yerə aparıb saxlamasını bildirib. Bu zaman təqsirləndirilən şəxs Aqilə onun evinin həyətinə açıq çöl qapıdan daxil olaraq kiliti bağlı olmayan giriş qapısını açmasından əsəbiləşib. Sonra o, zərərçəkmişin üzərinə hücum edərək onu itələyib, sifət nahiyəsindən qəsdən əl, dirsək nahiyəsi ilə zərbə vurub. Hadisədən sonra Nahid Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 24 İyul 2024, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin