BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB əhali arasında gəzən şayiələrə münasibət bildirdi: “Əsassızdır”

“Tibbi maskalardan düzgün istifadə edilməməsi bizi də narahat edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

R. Bayramlı deyib ki, sosial şəbəkələrdə bəzi şayiələr yayılır: “Guya hər hansı ölmüş şəxsə təcili tibbi yardım xidmətindən onların COVİD-19-dan ölməsi barədə qeydiyyat aparmaq təklif verilir. Bu, tamamilə əsassızdır, müvafiq qurumlar tərəfindən araşdırılıb. COVİD-19 diaqnozunun qoyulması üçün müvafiq elektron sistem var, bura müdaxilə mümkün deyil ”.

Tarix: 4 İyun 2020, 17:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin