BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mcdonald"s yenə qanunvericiliyin tələblərini pozdu

"Mcdonald"s Azərbaycan" QSC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə,  Dövlət Gömrük Komitəsi QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 25 İyul 2024, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin