BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedə ana söyüşünə görə tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nizam Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv olunaraq həbs qətimkan tədbiri seçilib. Nizam Hacıyev dərhal məhkəmə iclas zalında həbs edilib.

 

İttihama görə, 2008-ci il təvəllüdlü Nizam Hacıyev tanışı zərərçəkmiş Dadaş Dadaşov (şərti) və digər tanışları ilə 06 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən “Elit” kafesinə gedib. Onlar salonda olarkən zərərçəkmiş şəxs ona qarşı xoş olmayan, yəni təhqiredici ifadələrlə müşayiət olunan zarafatlar edib. Nizam isə buna görə Dadaşa irad bildirib. Bu səbəbdən həmin şəxslərin arasında mübahisə yaranıb. Sonra təqsirləndirilən şəxs öz ünvanına həmin şəxslərlə bir daha oturmayacağı ilə bağlı nalayiq sözlər deyərək kafedən çıxaraq gedib. O, evdən mətbəx bıçağını götürüb yenidən həmin yerə qayıdıb. Zərərçəkmiş şəxs isə ona bir daha onların yanına gəlməyəcəyi ilə bağlı nalayiq sözlər deməsini xatırladıb. Bu zaman Nizam kafenin içərisində Dadaşın sol sifət nahiyəsindən 1 yumruq zərbəsi vurub və qarın nahiyəsinə isə 1 dəfə bıçaq zərbəsi endirib. Hadisən sonra Nizam Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edib. O, məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, Dadaş onun anasına söyüş söyüb. Mübahisə də elə ana söyüşünə görə başlayıb.

 

Kamal Məmmədov

Tarix: 25 İyul 2024, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin