BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətən müharibəsi iştirakçısını öldürən şəxsdən xəbər var

Nəsimi rayonunda Vətən müharibəsi iştirakçısını qətlə yetirməkdə ittiham olunan Bəxtiyar Qarayevin barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Qarayev xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


 
Qeyd: Hadisə 2022-ci ilin avqustunda Nəsimi rayonu, 3-cü Alatava qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, "Kubinka" ərazisində parkda Bəxtiyar Qarayev bir qızın əlindən telefonu alıb və onu döyüb. Bunu görən Niyaməddin Muradov onların mübahisəsinə müdaxilə edib. O, Bəxtiyar Qarayevin qarşısını kəsib və qızı döyməsinə etiraz edib. Bu vaxt Bəxtiyar üzərindəki bıçaqla Niyaməddini vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Muradov 44 günlük Vətən müharibəsi iştirakçısı olub, "Qubadlının azad olunmasına" görə medalı ilə təltif edilib.

 

Kamal Məmmədov

Tarix: 25 İyul 2024, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin