Ötən gün sosial mediada iki il öncə dünyasını dəyişən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin qəbrinin acınacaqlı vəziyyətini əks etdirən fotolar yayılıb.
Görüntülərdən kədərlənən izləyicilər paylaşımın rəy bölməsində etirazlarlarını bildiriblər.
T.Əkbərin həyat yoldaşı Aybəniz Əkbər 72 yaşında vəfat edən T.Əkbərin məzarı ilə bağlı yayılmış görüntüləri və qalmaqallı olayı belə nəql etdi: “2017-ci ildə Tahir müəllim insult keçirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva onun bütün müalicə xərclərini öz üzərinə götürdü. 2018-ci il martın 2-də Tahir müəllim dünyasını dəyişəndən sonra Bəstəkarlar İttifaqına və Mədəniyyət Nazirliyinə müraciət etdik. Onlar öncə söylədilər ki, maddi vəziyyət pisdir və sizə yardımçı ola bilməyəcəyik. Sonra fikirlərini dəyişdilər. Mədəniyyət Nazirliyində şöbə müdiri işləyən İsmayıl adlı şəxs söylədi ki, Tahir müəllimin dəfnini təşkil edəcəyik, Badamdarda dəfn olunacaq və belə də oldu. Hətta vida mərasiminə Ə.Qarayev də gəldi, başsağlığı verib, bu sözləri söylədi: “Tahir müəllim bir xəzinə qoyub getdi. O, tarix yazdı”. Tahir müəllim görkəmli bəstəkar olsa da, maddi vəziyyəti zəif idi. Ona görə, biz Tahir müəllimin Badamdarda dəfni ilə bağlı Mədəniyyət Nazirliyinin qərarı ilə razılaşdıq. Ola bilər ki, Mədəniyyət Nazirliyinin və Bəstəkarlar İttifaqının xəbəri yox idi Tahir müəllimin birinci dəfn olunduğu yerdən. Amma orada Mədəniyyət Nazirliyinin şöbə müdiri İsmayıl adlı şəxs var idi. Ən azı o, Mədəniyyət Nazirliyini məsələdən xəbərdar edə bilərdi ki, adını Azərbaycan mədəniyyətinə qızıl həriflərlə yazdırmış üç nəslin bəstəkarı xoş olmayan bir yerdə dəfn olunub. Amma o, aidiyyəti orqanlara məlumat vermədi. Tahir müəllimin ən böyük arzusu Fəxri Xiyabanda dəfn edilmək idi. O, sənətinə, qoyduğu musiqi xəzinəsinə inanırdı. Amma bu da olmayandan sonra qəbiristanlığın içində bir yerdə ona yer ayırsaydılar, yenə də etirazımı bildirməzdim. Tahir müəllimi yolun düz ortasında, qurbağa gölünün ətrafında basdırmışdılar. Bu, hörmətsizliyin son həddi idi”.
Sənətkarın həyat yoldaşı izləyicilər tərəfindən qınanmasına da münasibət bildirib: “Sosial şəbəkədə yazılan şərhləri oxuyuram. Görürəm ki, T.Əkbərin ailəsinin olmadığını yazırlar. Guya olsaydı, belə xoşagəlməz halla üzləşməzdi. Xeyr, onun ailəsi var. Tahir müəllim martın 2-də dünyasını dəyişdiyindən, hər ayın 2-də mən qızımla qəbir üstünə gedib, onu yad edirik”.
Bəstəkarın mahnılarını oxuyub, onun məzarını bir dəfə də olsun ziyarət etməyən müğənniləri Aybəniz Əkbər hörmətsizlikdə ittiham edib: “Tahir müəllimin əsərlərini müğənnilərin 90 faizi ifa edib. Onun mahnıları bu gün də aktualdır. Amma indiyə kimi görməmişəm ki, sənət dünyasından kimsə onun məzarının üstünə gül dəstəsi qoysun. Hər dəfə qəbiristanlığa gedəndə düşünürəm ki, bəlkə kimsə gül qoyub, onu yad edib. Nazpəri Dostəliyeva, Könül Kərimova, Aşıq Samirə və digər müğənnilərə mahnılar yazaraq, onları gündəmə gətirib, dəstək olub. Onların adını çəkməklə irad tutmaq fikrim yoxdur. Tahir müəllimin heç kimdən umacağı yoxdur. Sadəcə, bu, onların insanlıq borcudur”.
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin