BURADA REKLAMINIZ OLA
BİLƏR

“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin gübrəsini mənimsəyən əməkdaşı həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən D.Əbdürəhimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, D.Əbdürəhimov “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-də 18 may 2020-ci il tarixdən 31 avqust 2023-cü il tarixədək satıcı-anbardar vəzifəsində işləyib. O, çalışdığı müddət ərzində ümumilikdə 16622 manatlıq gübrə məhsullarını 2022-ci ilin yay aylarında Kürdəmir rayonu Yenikənd kəndində öz şəxsi məqsədləri üçün istifadə edib.

 

Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalından həbs olunub. Təqsirləndirilən şəxsdən 16813 manat pulun tutularaq zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilməsi qərara alınıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 26 İyul 2024, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin