BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qonşusunun mağazasını və mal tövləsini yandıran şəxslə bağlı qərar verdi

Şəki Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən K.Osmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, K.Osmanov Balakən rayonu Mahamalar kəndi ərazisində yaşayan qonşusu, zərərçəkmiş Ç.Labazanov ilə aralarında mübahisə yaranıb. O, 2023-cü ildə bununla əlaqədar qonşusuna məxsus mağazanı və mal tövləsini yandırmaq qərarına gəlib. Sonra təqsirləndirilən şəxs mağazanı və mal tövləsini yandıraraq Ç.Labazanova ümumilikdə 8573 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla qəsdən özgənin əmlakını məhv edib.

 

Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. K.Osmanov məhkəmə iclas zalından həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 26 İyul 2024, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin