BURADA REKLAMINIZ OLA
BİLƏR

BOKT-nin pulunu mənimsəyən sabiq vəzifəli şəxslərlə bağlı QƏRAR

Bakıda külli miqdarda mənimsəmədə təqsirləndirilən Ceyhun Şirinov, Müslüm Fəziyev və onun qızı Tülpanə Müslümzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Fəziyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, T.Müslümzadə hazırda hamilədir. Məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmünü çıxarıb. C.Şirinova isə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

 

İttihama görə, hər iki şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham edilib. Onlar Bank Olmayan Kredit Təşkilatı (BOKT) "FinEx Kredit"in pulunu mənimsəyib.

 

Xatırlatma: M.Fəziyev daha əvvəl BOKT-un İdarə Heyətinin üzvü olub. O, 2021-ci ildə həmin vəzifədən azad edilib. Digər şəxslər də həmin təşkilatın əməkdaşları olub.

 

Kamal Məmmədov

 

 

Tarix: 26 İyul 2024, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin