BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bir qutu siqaretin qiyməti 10-15 qəpik arta bilər, bundan artıq bahalaşa bilməz”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev siqaretin bahalaşacağı barədə qərarın müzakirə yaratmasına aydınlıq gətirib. 

 

R.Quliyev Pravda.az-a açıqlamasında deyib ki, vergi, aksiz və ya başqa dərəcələr artanda, nəqliyyat bahalaşanda istənilən malın maya dəyərinə təsir edir. 

 

“Təbii ki, maya dəyəri qiymətə də təsir edəcək. Siqaretlə bağlı bahalaşma cüzi miqdardadır. Ola bilər, bir qutu siqaretin qiyməti 10-15 qəpik artsın. Bundan artıq bahalaşa bilməz. Daha çox artıracaqlarsa, deməli, burada hansısa oyunbazlıq var. Normal sahibkar belə addım atmamalıdır. Bütün dünyada tütün məhsullarının istifadəsinin qabağını almaq üçün bu formada addımlar atılır. Yəni anti-reklam, qiymətin kifayət qədər bahalaşması... Burada vergidən də söhbət gedir. Büdcəyə daha çox vəsait daxil olur. Elə ölkə tanımıram ki, qiymətlər eyni qalsın. Artan vəsait hesabına büdcədən xüsusi vəsait ayrılır ki, siqaretdən əziyyət çəkən insanlara kömək olunsun. Rəqəmləri deyə bilmərəm, amma ölkədən-ölkəyə fərq var. Təbii ki, bir qrup insan siqaretin bahalaşmasından narazı olacaq, amma bu, dünyəvi siyasətdir. Başa düşmək lazımdır. Bu yaxınlarda Rusiyada alkoqollu içkilərin də qiymətləri 40% qalxıb. Başqa ölkələrdə də bahalaşır. Siqaretin də qiyməti bütün ölkələrdə artıb. Siqaret çəkən insanların ürəkləri istəyən siqaretdən çəkməyə pulları çatmırsa, onlar məcburiyyət qarşısında daha ucuz, keyfiyyətsizə keçirlər. Görürsünüz, problemin iki tərəfi var”, - o bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 26 İyul 2024, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin