BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Qasımlı ReAl partiyasından istefa verdi

ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə A. Qasımlı partiyadakı proseslərlə bağlı keçirdiyi brifinqdə deyib.

 

Azər Qasımlı bildirib ki, İlqar Məmmədovun niyyəti budur ki, partiyanı təkbaşına idarə etsin: “Son nəticədə isə ReAL partiyası bir təşkilat olaraq sıradan çıxsın. Mən görürdüm ki, baş verən proseslər ReAL-ı iki yerə parçalayacaqdı, iki ReAL yaranacaqdı. Mən isə bunu istəmirəm, ReAL-ın iki yerə parçalanmasında iştirak etmək niyyətində deyiləm, ona görə istefa vermək qərarına gəldim"

 

O, İ. Məmmədovun ReAL-da avtoritar rejim qurmaq istədiyini deyib: "Bu gedişlə ReAL-da seçki, hesabatlılıq, məsuliyyət deyilən bir şey olmayacaq. Ona görə də mən İlqar Məmmədovun partiyasından gedirəm, özümü bu avtoritar strukturda görmürəm. Burda qalmaq avtoritar strukturda olmaq deməkdir. ReAL-da avtoritar rejim formalaşıb".

 

A. Qasımlı siyasətdən getmədiyini, mövqeyimi dəyişmədiyini deyib.

Tarix: 6 Noyabr 2019, 12:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin