BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş müdafiə nazirinin müavini saxlanıldı

Rusiyanın keçmiş müdafiə nazirinin müavini Dmitri Bulqakov saxlanılıb.

 

Bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

General korrupsiya işi ilə saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib. Qanunsuz fəaliyyətə şərait yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh idi. 2022-ci ilin sentyabrında başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

 

APA

Tarix: 26 İyul 2024, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin