BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 milyon dollar ayıracaq

“Azərbaycan gələn il əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatların donoru qismində  7 milyon ABŞ dolları vəsait ayıracaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov Azərbaycanla Asiya İnkişaf Bankının əməkdaşlığının  20 illiyinə həsr olunmuş tədbirdə deyib.

 

Nazir bildirib ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan gələn ildən etibarən bir sıra beynəlxalq təşkilatlarda donor ölkəsi qismində çıxış edəcək.

 

Belə ki, Azərbaycan Asiya İnkişaf Bankının Asiya İnkişaf Fonduna 2 mln. dollar Avropa Yenidənqurma və İnkişaf Bankına 2 mln. Beynəlxalq İnkişaf Assosiasiyasına 3 mln. dollar ayıraraq donor qismində çıxış edəcək.

 

"Bu, Azərbaycanın beynəlxalq inkişafa verdiyi töhfədir" - nazir bildirib.

Tarix: 5 Dekabr 2019, 22:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin