BURADA REKLAMINIZ OLA
BİLƏR

İki yaşlı qız beşinci mərtəbədən yıxıldı

Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Goranboy şəhərindəki yeni yaşayış massivlərindən birində baş verib. Belə ki  nəzarətsiz qalan iki yaşlı Məmmədova Zöhrə Vüsal qızı yaşadığı binanın beşinci mərtəbəsindən yerə yıxılıb. O, əvvəlcə binada quraşdırılmış çanaq antenalardan birinə, sonra isə yerə çırpılıb.

 

Yaralı ağır vəziyyətdə bölgədəki klinikalardan birinə yerləşdirilib.

Tarix: 5 Dekabr 2019, 22:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin