BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətən müharibəsi iştirakçısı cəzasının azaldılmasını istəyir

Bakıda dostunu bıçaqlamaqda təqsirləndirilən Firudin İsrafilovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 31-nə təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.İsrafilov 6 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin noyabrında paytaxtın Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən mağazada baş verib. Belə ki, Şamaxı rayon sakini, 25 yaşlı İsrafilov Firudin Malik oğlu mübahisə zamanı 22 yaşlı Bərdə rayon sakini Hacıyev Cümşüd Duman oğlunu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb. F. İsrafilov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxs F.İsrafilov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

 

Kamal Məmmədov

Tarix: 29 İyul 2024, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin