BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sədərək”də qəsdən yanğını törədən şəxs zərərçəkmişlərə 2 milyonluq zərər vurdu

Qaradağ Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Əfqan Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  


Məhkəmənin hökmü ilə o, 5 il 9 ay müddətin azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq. 

 

Qeyd: Rəsmi məlumata görə, hadisə 2023-cü il yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzinin “Şirniyyat” adlanan sahəsində qeydə alınıb. Belə ki, ilkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanıb. İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub. İttihama görə, Əfqan Abdullayev "Sədərək" ticarət mərkəzində atası ilə birgə mağaza işlədir. O, əmlakının yanğın nəticəsində məhv olaraq maddi zərərə uğraması təəssüratını yaradıb, digər sahibkarlara olan borc öhdəliklərindən yayınmaq məqsədilə hadisəni törədib. İş üzrə 23 zərərçəkmiş var. Təqsirləndirilən şəxs zərərçəkmişlərə ümumilikdə 1 981 328 manat məbləğində ziyan vurub. 

 

Kamal Məmmədov

Tarix: 29 İyul 2024, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin