BURADA REKLAMINIZ OLA
BİLƏR

Söyüşə görə keçmiş məhkumu öldürən şəxsə nə qədər cəza verilib?

Bakıda keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Səyavuş Abbasovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 30-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin oktyabrında paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun aralarında yaranan münaqişə nəticəsində 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Araz Həsənovu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən S.Abbasov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmədə Səyavuş Abbasov ifadəsində bildirib ki, mərhumu ona qonaqlıq vermək üçün evimə dəvət edib, yeyib-içəndən sonra aralarında münaqişə yaranıb. Buna səbəb isə Araz Həsənovun təqsirləndirilən şəxsin valideynlərini təhqir edərək onların ünvanına söyüş söyüb. Sonra Səyavuş mətbəxdən götürdüyü bıçaqla onu öldürüb. 

 

Kamal Məmmədov

Tarix: 29 İyul 2024, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin