BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəraət alan ana və qızı ilə bağlı yenidən məhkəməyə müraciət edildi

Bakıda xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilərək bəraət alan Nazimə Behbudova və onun qızı Lalə Behbudovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əfqan Ələkbərovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 30-na təyin edilib.

 

Qeyd: Lalə Behbudova və onun anası Nazimə Behbudovanın barəsində Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittiham irəli sürülüb. Belə ki, xaricdə yaşayan Azərbaycan vətəndaşı məhkəməyə müraciət edərək ana və qızının sosial şəbəkə səhifəsində onun ünvanına təhqiramiz ifadələr yazdığını iddia edib. Binəqədi Rayon Məhkəməsi hər iki təqsirləndirilən şəxsə bəraət verib.

 

Kamal Məmmədov

Tarix: 29 İyul 2024, 10:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin