BURADA REKLAMINIZ OLA
BİLƏR

Sevgilisinə qarşı dələduzluqda günahlandırılan qadının bəraət hökmünün ləğv edilməsi istənilir

Bakıda sevgilisinin külli miqdarda pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinərək bəraət alan Sevinc Bədəlovanın barəsindəki qərardan zərərçəkmiş tərəf yenidən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyulun 30-na təyin edilib.

 

Şikayət hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. 


 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qadına bəraət verib və o, məhkəmə zalından azadlığa buraxılıb. Ali Məhkəmə isə zərərçəkmişlərin kassasiya şikayətini təmin etməyib.


 
Qeyd: S.Bədəlova sevgilisi, dövlət qurumlarından birində vəzifədə çalışan Aydın Məmmədovun (şərti) 434 min manat pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilib.


 
O, A.Məmmədova deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ona külli miqdarda əmlak qalıb. O, həmin əmlakları adına keçirərək biznes qurmasına kömək etməsi məqsədilə 2016-2019-cu illər ərzində A.Məmmədovdan 434 min manat pul alıb. A.Məmmədov dövlət qurumunda, S.Bədəlova isə onun evinin yaxınlığındakı gözəllik salonunda işləyirmiş.


 
S.Bədəlovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 29 İyul 2024, 10:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin