BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını öldürən şəxs kassasiya şikayəti verdi

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Şəmşad Əhmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyulun 30-na təyin edilib. Şikayət hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. 

 
Qeyd: Hadisə ötən ilin yanvarında paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Şəmşad Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışının, 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib. Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Şəmşad Əhmədov barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. 

 

Kamal Məmmədov

Tarix: 29 İyul 2024, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin