BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: "Rəhbərlik etdiyim partiya siyasi kursuna dəyişiklik etməyəcək"

Növbədənkənar Parlament seçkilərində Vəhdət Partiyasından beş nəfər namizədliyini irəli sürüb. Ümid edirəm ki, seçkidə yaxşı nəticə göstərmək imkanımız olacaq. O ki qaldı mənim namizədliyimi irəli sürməməyimə, uzun illər fəaliyyətim nəticəsində  yorğunluğumu nəzərə alıb, istirahət etmək qərarına gəlmişəm.

 

Bunu Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

 

"Sədrlik etdiyim Vəhdət Partiyası siyasi kursuna dəyişiklik etməyəcək. Biz Ali Baş Komandanın rəhbərliyi, xalqımızın dəstəyi ilə Ordumuzun şanlı qələbəsi nəticəsində Dövlət suverenliyimizin tam bərpasından çox ruhlanmışıq. Partiyamız hər zaman Prezidentimizin Dövlət quruculuğu sahəsində strateyi xəttini müdafiə edəcək. Biz Dövlətimizi,xalqımızı təmənnasız sevirik", - T.Kərimli qeyd edib.

 

Nadir Hüseynov

Tarix: 30 İyul 2024, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin